Deputatlığa namizədlərin sayı 1240-a çatdı

Deputatlığa namizədlərin sayı 1240-a çatdı

Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərində 1240 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

Deputatlığa namizədliyi qeydə alınanlardan 275 nəfərin namizədliyi siyasi partiyalar, 19 nəfərin namizədliyi “Azadlıq-2015” siyasi partiyalar bloku, 2 nəfərin namizədliyi təşəbbüs qrupu tərəfindən, 944 nəfərin namizədliyi isə öz təşəbbüsü ilə irəli sürülüb.

Dairə seçki komissiyalarında 12 minə yaxın, MSK-da isə 166 müşahidəçi qeydiyyatdan keçib.\trend

Xəbər 823 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR