Dənizdə tapılan neftçinin kimliyi müəyyən olundu

Dənizdə tapılan neftçinin kimliyi müəyyən olundu

Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarə olunması Milli Mərkəzində  itkin neftçilərin axtarışı üzrə yaradılan Qərargah yeni məlumat yayıb.

Qərargahdan Aktua.az-a  verilən məlumata görə, həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində aprelin 6-da aşkar edilən kişi meyitinin «Azneft» İB-nin N.Nərimanov adına NeftQaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxarma sahəsində "əmtəə operatoru” vəzifəsində çalışmış 1971 – ci il təvəllüdlü Zülfüqarov Azay Hacıbala oğluna məxsus olduğu müəyyən edilib. Mərhumun meyiti ailəsinə təhvil veriləcək.
 
Aktua.az
Xəbər 277 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR