Dekoderlərə tələbat artıb - Bəs qiymət necədir? - Video

Dekoderlərə tələbat artıb - Bəs qiymət necədir? - Video

Köhnə televizorları olanlar rəqəmsal yayıma görə dekoder problemi ilə üzləşiblər.

Ən ucuz qiymətlərin təklif edildiyi poçt şöbələrinə günlük məhdud sayda dekoder gəldiyindən bir çoxları bu cihazları ala bilməyib.

Poçt əməkdaşları da dekoderlərin az verilməsinə görə vətəndaşlarla problem yaşadıqlarına diqqət çəkirlər.

Vətəndaşların dekoderləri məhz poçt şöbələrindən almağa daha çox maraq göstərməsi bu aparatların həmin yerdə daha ucuz qiymətə - 22 manata satılmasıdır. Bununla yanaşı müxtəlif mağazalarda da dekoderləri əldə etmək mümkündür. Belə yerlərdə həmin cihazların qiyməti 30-35 manatdır.

Bakı və Abşeron yarımadasından fərqli olaraq digər bölgələrdə bənzər hal dekabrın 1-dən yaşana bilər. Bölgələrdə LCD ekran televizor olmayanların indidən dekoder əldə etməsi tövsiyyə olunur.

"Xəzər Xəbər" mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Xəbər 389 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR