Dayə evdən oğurluq etdi - 680 manat

Dayə evdən oğurluq etdi - 680 manat

Bakı şəhər sakini olan qadının evindən pul oğurlanması barədə DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.

DİN-dən Aktual.az-a verilən məlumata görə, məlumatla əlaqədar Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsinin əməkdaşları tərəfində n müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla dekabrın 4-dən 21-dək olan müddətdə A.Rzayevanın mənzilindən seyfdə olan 680 manatın və noutbukun oğurlanması məlum olub.
Əməliyyat-axtarış tədbirləri ilə oğurluğun əvvəllər həmin evdə dayə kimi çalışan qadın tərəfindən edilməsi müəyyən edilib və görülmüş tədbirlərlə Siyəzən rayon sakini Lamiyə Əliyeva saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.
 
Aktual.az
Xəbər 269 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR