Daha iki müəllim diaqnostik qiymətləndirilmədə maksimum bal toplayıb

Daha iki müəllim diaqnostik qiymətləndirilmədə maksimum bal toplayıb

Bu gün Masallıda keçirilən Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iki müəllim yüksək nəticə göstərib.

Bu barədə Aktual.az-a  Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Lerik şəhər 3 saylı tam orta məktəbin riyaziyyat müəllimi Günel Kərimova və Lənkəran şəhər Sütəmurdov kənd tam orta məktəbinin riyaziyyat müəllimi Günel Aslanlı imtahanda bütün sualları düzgün cavablandıraraq 60 bal toplayıblar.
 
 Aktual.az
Xəbər 472 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR