Daha dörd deputatın adı YAP-ın siyahısından çıxdı – ÖZƏL

Daha dörd deputatın adı YAP-ın siyahısından çıxdı  – ÖZƏL

V çağırış parlament seçkilərinə rəsmən start verilsə də, Yeni Azərbaycan Partiyası hələki namizədlər siyahısını elan etməyib.

Bütün ictimaiyyətin diqqəti hakim partiyanın namizədlər siyahısına yönəlsə də, YAP rəhbərliyi məlum siyahını gizli saxlamağa çalışır. Hətta əksər YAP-çı deputatların özlərinin də bu siyahı haqqında məlumatlı olmadığı, bu səbəbdən qəti qərara gəlmədiyi iddia olunur.

Aktual.az-a daxil olan məlumata görə, YAP-ın siyahısında xeyli sayda yeni adlar var. Hazırda fəaliyyət göstərən bəzi deputatların isə siyahıda yer almadığı da gələn xəbərlər arasındadır.

Özəl mənbələrdən aldığımız məlumata görə, hakim partiyanın xətti ilə parlamentə mandat qazanan daha dörd deputat bu dəfə YAP-ın siyahısında yer almayıb.

Bunlardan biri 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsini parlamentdə təmsil edən deputat, professor Astan Şahverdiyevdir. Azərbaycan Texniki Universitetində kafedra müdiri işləyən, 68 yaşlı A.Şahverdiyevin özünün də bundan xəbəri var.

11 saylı Qaradağ seçki dairəsini parlamentdə təmsil edən Ağalar Vəliyevin də adı YAP-ın siyahısında yer almayıb. Son günlər onun “Azəryolservis” ASC-yə rəhbər gətirləcəyi ilə bağlı informasiyalar da bu xüsusda təsadüfi sayıla bilməz.

55 saylı Xaçmaz şəhər seçki dairəsini təmsil edən deputat Arif Əşfərov da hakim partiyanın siyahısında kənarda qalıb. Deputatlıq fəaliyyəti boyunca heç bir aktivliyi müşahidə olunmayan A.Əşrəfovun məhz bu səbəbdən siyahıda yer almadığı deyilir.

57 saylı Kürdəmir seçki dairəsini təmsil edən Fərhad Qəribovun adına da hakim partiyanın siyahında rast gəlmək olmur. Biznes fəaliyyəti ilə məşğul olan deputatın özünün də bundan xəbərdar olduğu deyilir.

Heç şübhəsiz YAP-ın siyahısından kənarda qalan digər deputatlar da var. Bu barədə isə biz bir neçə gün sonra, hakim partiya namizədlər siyahısını elan etdikdən sonra xəbər tutacağıq.

Adnan/Aktual.az

Xəbər 8454 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR