“Daha ciddi faciələrin şahidi olacağıq” - AATA rəhbəri

“Daha ciddi faciələrin şahidi olacağıq”  - AATA rəhbəri

“Fransada baş verən terror hadisəsi bir daha göstərdi ki, bəzi qüvvələr öz çirkin məqsədləri naminə minlərlə günahsız adamı qurban verməyə belə hazırdırlar”.

Bunu Aktual.az-a danışan Azərbaycan Avropa Tibb Asossiasiyasının (AATA) sədri, Fransa təhsilli uroloq-cərrah Araz Bayramov söyləyib.

O, bildirib ki, son olaylar dünyanı nəzarətə almaq istəyən qüvvələrə ciddi mesajdır:

“Nəhayət başa düşməlidirlər ki, heç bir dövlət terrordan sığortalanmayıb. Dünyadakı münaqişələrə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinə laqeyd yanaşanlar bu gün özləri terror dalğasının qurbanına çevriliblər. Əlbəttə, bu hadisə bizi çox kədələndirdi. Minlərlə günahsız insan siyasi oyunların və terrorun qurbanı oldular. Hesab edirəm ki, nəhayət bu hadisədən sonra terrorçulara, işğalçılara qarşı mübarizə gücləndirilməli, hadisələrə siyasi prizmadan yox, ədalət tərəzisindən yanaşılmalıdır. Yox əgər terrorçulara və təcavüzkarlara qarşı beynəlxalq birlik bundan sonra da dözümlü yanaşacaqsa, o halda biz daha ciddi faciələrin şahidi olacağıq”.

// Aktual.az

Xəbər 7852 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR