Daha bir marşrut xətti nağdsız ödənişə keçdi

Daha bir marşrut xətti nağdsız ödənişə keçdi

Bakı Nəqliyyat Agentliyini ictimai nəqliyyatda vahid ödəmə kart sisteminə keçidlə bağlı daşıyıcılar qarşısında qoyduğu tələbin yerinə yetirilməsi istiqamətində işlər davam etdirilir.

Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr və maarifləndirmə sektorundan Aktual.az-a verilən məlumata görə, 88 saylı marşrut xəttindən istifadə edən sərnişinlər gediş haqqını "BakıKart" vasitəsi ilə ödəyəcək. 

Vahid ödəmə kart sisteminə keçidlə əlaqədar olaraq 88 saylı marşrut xətti üzrə 30 avtobusda validatorlar quraşdırılıb. 

Xəbər 263 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR