Cocuq Mərcanlıya gedən yol nə vaxt açılacaq?

Cocuq Mərcanlıya gedən yol nə vaxt açılacaq?

"Cocuq Mərcanlı kəndinə yolun çəkilməsi işləri davam etdirilir”

Aktual.az  AzVision.az-a istinadən xəbər verir ki, "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov deyib bildirib ki, işlər may ayında yekunlaşacaq.

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 10-da "Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolunun tikintisi məqsədi ilə "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə "Respublikanın kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması” üçün nəzərdə tutulmuş vəsaitin 4,3 milyon manatı "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
 
Aktual.az 
Xəbər 622 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR