Cinayətdə şübhəli bilinən 49 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 49 nəfər saxlanıldı

Yanvarın 20-dən 22-dək Azərbaycanın daxili işlər orqanları tərəfindən 179 cinayət faktı qeydə alınıb, onların da 38-i "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Aktual.az-a  verilən məlumata görə, axtarışda olduğuna görə 27 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 13 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.
Xəbər 273 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR