Cərimə meydançasında yanğın - Avtomobillərə ziyan dəydi

Cərimə meydançasında yanğın - Avtomobillərə ziyan dəydi

Bakıda Dövlət Yol Polisi İdarəsinə məxsus 6 saylı cərimə meydançasında yanğın olub.

Aktual.az "APA”ya istinadən verir ki, meydançada saxlanılan, "Chevrolet” markalı, 10 PK 486 dövlət nömrə nişanlı avtomobil yanıb. Yanğın nəticəsində həmin avtomobilin yaxınlığında olan "Ford” və "Toyota” markalı maşınlara da ziyan dəyib.

Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 378 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR