Cəlilabadda iki maşın toqquşdu, yanğın oldu

Cəlilabadda iki maşın toqquşdu, yanğın oldu

Cəlilabad rayonunda minik avtomobilinin yanması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 

AzVision.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, Ələt-Astara yolunun 149-cu kilometrliyində, Cəlilabad rayonu ərazisində "VOLKSWAGEN” markalı minik avtomobili “ZİL” markalı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində “VOLKSWAGEN” markalı minik avtomobilin mühərrik hissəsində elektrik avadanlığı yanıb. Minik avtomobilinin qalan hissəsi, yük avtomobili və banına yığılmış 2 ton ot bağlaması yanğından mühafizə olunub. Yanğın saat 23:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Aktual.az

Xəbər 565 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR