Cəbhə bölgəsində partlayış: 3 nəfər yaralandı

Cəbhə bölgəsində partlayış: 3 nəfər yaralandı

Tovuzda bədbəxt hadisə baş verib.

Aktual.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 13-də rayonun Əlibəyli kəndində yaşayan İslam Xanbabayevin həyətində tikinti işləri aparılarkən Tuncay Xanbabayevin tapdığı iriçaplı patron partlayıb.

Nəticədə T.Xanbabayev, bacısı Nərmin və qohumu Dürdanə Nağıyeva xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, 12 yaşlı Nərmin və 8 yaşlı Tuncay Xanbabayevlər Bakıdan Əlibəyli kəndinə qonaq gediblərmiş.

 
Xəbər 471 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR