Cahangir Hacıyev Ali Məhkəməyə şikayət etdi

Cahangir Hacıyev Ali Məhkəməyə şikayət etdi

"Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev Ali Məhkəməyə şikayət edib.

Aktual.az  Trend-ə istinadən bildirir ki, bu barədə vəkil Aqil Layicov bildirib.

Onun sözlərinə görə, Bakı Apelyasiya Məhkəməsinin ilkin baxış iclasından Ali Məhkəməyə kasasiya şikayəti veriblər.

Bakı Apelyasiya Məhkəməsində keçirilən ilkin baxış zamanı C.Hacıyevin vəkilləri Fəxrəddin Mehdiyev və A.Layicov hüquqlarını müdafiə etdikləri şəxs barəsində cinayət işinə xitam verilməsi, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması və məhkəmənin tam istintaqla aparılması barədə vəsatət versələr də, hakim Əflatun Qasımov vəsatətləri təmin etməmişdi.

İttihama görə, Azərbaycan Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sədri C. Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın mərkəzi filialının müdiri işləmiş İlqar Abdullayev, "İnter Security" MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda "AFB Bank"ın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunub.

C.Hacıyev 15 il müddətinə azadlıqdan məhrum ediliblər.
 
Aktual.az 
Xəbər 376 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR