Üç nəfər 30 yaşlı kişini baltaladı - Biləsuvarda

Üç nəfər 30 yaşlı kişini baltaladı   - Biləsuvarda

Biləsuvarda ağır cinayət hadisəsi törədilib.

Aktual.az Apa-ya Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə Biləsuvar şəhərində qeydə alınıb. Şəhər sakinləri - 1989-cu il təvəllüdlü Rüfət İlqar oğlu Qarelikov, 1983-cü il təvəllüdlü Elməddin Baxşeyiş oğlu Şahverənov və qardaşı, 1981-ci il təvəllüdlü Niyaməddin Şahverənov xuliqanlıq zəminində həmyerliləri, 1986-cı il təvəllüdlü Elvin Famil oğlu Abbasova balta, bıçaq və küt alətlərlə xəsarət yetiriblər. 

Xəstəxanaya yerləşdirilmiş E.Abbasovun vəziyyəti orta-ağırdır. R.Qarelikov, E.Şahverənov və qardaşı Niyaməddin tutulub. 

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. 

Xəbər 422 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR