Böyük ərazidə taxıl sahələri yanıb - Qazaxda

Böyük ərazidə taxıl sahələri yanıb  - Qazaxda

Qazaxda yanğın hadisəsi qeydə alınıb. 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qazax rayonu Aslanbəyli kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ərazidə 35 ha sahədə biçilməmiş taxıl sahəsi, kənd bələdiyyəsinə məxsus ərazidə 130 ha sahədə biçilmiş taxıl sahəsi və quru ot yanıb.

Yaxınlıqdakı tikililər və yaxınlıqdakı taxıl sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Aktual.az

 
Xəbər 652 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR