Böyük Britaniya “Brexit”dən sonra Rusiyaya yeni sanksiyalar tətbiq etməyə hazırlaşır

Böyük Britaniya “Brexit”dən sonra Rusiyaya yeni sanksiyalar tətbiq etməyə hazırlaşır
  • DÜNYA

Böyük Britaniya Avropa İttifaqından çıxdıqdan sonra ("Brexit”) Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etmək niyyətindədir.


"Report” xəbər verir ki, bu barədə "Sky News” Britaniya Nazirlər Kabinetinin Mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilir ki, Böyük Britaniya Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsi işi ilə bağlı Rusiyaya qarşı yeni sanksiyalar üzərində işləyir və bununla bağlı qanun hazırlamaq fikrindədir.

Hazırda isə Böyük Britaniya İttifaqın digər ölkələrinin də razılıq verməsindən sonra sanksiya tətbiq edə bilər.

 
Aktual.az
Xəbər 356 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR