Bu yola girməyin - sürücülərə XƏBƏRDARLIQ

Bu yola girməyin   - sürücülərə XƏBƏRDARLIQ

Aktual.az Milli.Az-a istinadən xəbər verir ki, Bakı şəhəri Sabunçu rayonunun Maştağa-Bilgəh avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq 26 mart 2016-cı il tarixindən etibarən sözügedən avtomobil yolunda "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tikinti işlərinə start verilir.

"Azəravtoyol" ASC-nin mətbuat katibi Anar Nəcəfli bildirib ki, tikinti işlərinə Bilgəh qəsəbəsi, sahilyanı ərazidən Maştağa qəsəbəsi istiqamətinə doğru başlanılır.

Tikinti işlərinin aparıldığı ərazilərdə hissə-hissə avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Sürücülərdən tikinti işlərinin başlanmasını nəzərə alaraq öncədən alternativ hərəkət istiqamətləri seçmələri tövsiyə olunur.

Xəbər 541 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR