Bu qidalar insanın yaradıcılıq qabiliyyətini artırır

Bu qidalar insanın yaradıcılıq qabiliyyətini artırır

Aktual.az publika.az-a istinadən beyin funksiyalarını gücləndirən, zehni inkişaf etdirən qidaların siyahısını təqdim edir.
 
Kinoa
 
Kinoa orqanizm üçün son dərəcədə faydalı qidadır. O tərkibindəki protein sayəsində insanı gün ərzində gümrah saxlayır. Bədənə enerji verdiyi üçün yorğunluğu aradan qaldırır.  Səhərlər beyninizin ehtiyacı olan bir kasa kinoa yesəniz, daha yaradıcı ola bilərsiniz.
 
Çia çəyirdəyi
 
Bu kiçik qara çəyirdəklər əsl vitamin anbarıdır. Eyni zamanda bəyin funksiyalarını gücləndirməkdə çox önəmli rol oynayır.
 
Çiyələk, moruq, qarağat
 
Hər biri ayrı-ayrılıqda güclü antioksidant təsirə malik olan bu giləmeyvələr yaddaşı möhkəmləndirir.

Yumurta
 
Yumurta beyin inkişafı üçün əvəzolunmaz qidadır. Yəni, nə qədər çox yesəniz, yaradıcılıq qabiliyyətiniz bir o qədər çox artar.
 
Toyuq
 
Toyuqda diqqət pozğunluğunu aradan qaldıran amino turşuları və protein var.
 
Qara şokolad
 
Qara şokolad qan dövranını sürətləndirib, yorğunluqla mübarizə aparır və beyni daim oyaq saxlayır. Bu xüsusiyyətlərinə görə, yaradıcı insanlara qara şokolad yemək tövsiyə olunur.
 
Su
 
Beynin 80 faizinin sudan ibarət olduğunu düşünsək, onu susuz saxlamağın nə demək olduğunu özünüz düşünün.
 
Ginseng bitkisi
 
Bu bitkinin beynin qan dövranını sürətləndirdiyi araşdırmalarda sübut olunub. Çayınıza töküb içdikdə yaradıcılıq qabiliyyətini artıra bilərsiniz.
 
Fındıq əzməsi
 
Fındığın tərkibindəki yağlar beyin funksiyalarına təsir göstərir. Fındıq əzməsi yüksək kalorili olduğu üçün bir-iki çay qaşığından artıq yemək məsləhət deyil.

Xəbər 1245 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR