Bu prospektdə hərəkət məhudlaşdırılır

Bu prospektdə hərəkət məhudlaşdırılır

Bu gün axşam saat 22:00-dan etibarən səhər saatlarınadək Bakı şəhərinin Ziya Bünyadov propektinin “Böyük Şor” yol qovşağından İslam Abışov küçəsi ilə kəsişməyədək olan hissəsində ("Çermet" körpüsünədək) hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

"Azəravtoyol" ASC-dən  bildirilib ki, bu yolda məhdudlaşdırma hər iki istiqamət üzrə yol tam bağlanmadan tətbiq ediləcək.

"Avtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgi, yol göstərici xətlərinvə piyada keçidlərinin yenidən rənglənməsi işləri davam etdirilir", - deyə şirkətdən bildirilib. 

Xəbər 348 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR