Bu kanal bütün günü eyni filmi göstərəcək

Bu kanal bütün günü eyni filmi göstərəcək
  • DÜNYA

Rusiyanın TV1000 kabel televiziyası bu gün ardıcıl 12 dəfə "Marmot günü” filmini təqdim edəcək.

Publika.az xəbər verir ki, 2 fevral ABŞ və Kanadada Marmot (dağ kəsəyəni) günü kimi qeyd olunur. Rusiya kanalı da bu münasibətlə proqrama yalnız bir filmin adını daxil edib.
2016-cı ildə oxşar aksiyanı Britaniyanın "Sky” kanalı həyata keçirmişdi. Hətta britaniyalılar "Marmot günü” filmini bir dəfə çox - 13 dəfə yayımlamışdı.
ABŞ və Kanadanın ənənəvi bayramı sayılan Marmot günündə hər kəsin diqqəti gəmiricilərdə olur. Deyilənə görə, əgər hava buludlu, tutqun olarsa və kəsəyənlər öz kölgəsini görmərsə, qış tezliklə başa çatacaq.
1993-cü ildə ərsəyə gətirilən "Marmot günü” filmində baş rolu Bill Mürrey oynayır.

Xəbər 447 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR