“Bu ilin iki ayı ərzində Azərbaycanda 40 min yeni iş yeri açılıb” - Nazir

“Bu ilin iki ayı ərzində Azərbaycanda 40 min yeni iş yeri açılıb” - Nazir

"Azərbaycan hazırda yüksək gəlirli, inkişaf etməkdə olan dövlətlər sırasındadır və biz bunu qoruyub saxlayırıq”.

Aktual.az  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

O bildirib ki, bu, belə çətin iqtisadi durumda, maliyyə böhranının davam etdiyi şəraitdə əldə olunan əsas nəticələrdən biridir: "Ailələrin gəlirlərindəki əsas yük dövlət tərəfindən təmin edilən sosial ödəmələrə deyil, ailənin əmək qabiliyyətli üzvlərinin işləyərək əldə etdiyi qazanca düşür”.

Nazir qeyd edib ki, ölkədə öznəməşğulluq proqramının geniş çapda həyata keçirilməsinə start verilib: "Vakant iş yerlərinə göndərişlərin verilməsində şəffaflıq tam təmin olunub. Belə bir şaraitdə Dövlət Məşğulluq Xidməti orqanlarının üzərinə də mühüm iş düşür. Sosial məsuliyyət prinsipi əsasında hazırda dövlət şirkətlərində, icra hakimiyyəti orqanlarında yeni iş yerlərinin açılması və insanların bu işlərə cəlb olunması prosesi davam edir. Bu ilin iki ayı ərzində 40 minə yaxın insan işlə təmin edilib. Bütün bunlar ölkədə yoxsulluğun səviyyəsinin azalmasına imkan verib. Nəticədə yenə ölkədə işsizliyin səviyyəsi 5-6 faiz arasında olmasına nail olmuşuq”.

Dövlət başçısının əmək resurslarının səmərəli məşğulluğunun təminatı ilə bağlı müəyyən etdiyi vəzifəyə uyğun olaraq, nazirliyin məşğulluq orqanları tərəfindən aktiv məşğulluq tədbirləri ötən il daha da gücləndirilib, bu orqanlar vasitəsilə 2016-cı ildə əvvəlki illə müqayisədə 2 dəfədən çox, yəni 56 631 nəfərin məşğulluğu təmin edilib: "Görülən kompleks tədbirlərin müsbət nəticəsi kimi, bu gün Azərbaycanda işsizlik səviyyəsi əksər ölkələrlə, eləcə də ayrı-ayrı inkişaf etmiş ölkələrlə müqayisədə aşağıdır. Belə ki, işsizlik səviyyəsi İspaniyada 19,6 faiz, Fransada 9,9 faiz, Finlandiyada 8,8 faiz, Xorvatiyada 12,8 faiz, Belçikada 8 faiz, Bolqarıstanda 7,7 faiz, Danimarkada 6,2 faiz, Latviyada 9,7 faiz, Litvada 8 faiz, Portuqaliyada 11,2 faiz, Slovakiyada 9,7 faiz, Sloveniyada 7,9 faiz, İsveçdə 6,9 faiz, Rumıniyada 6 faiz. Niderlandda 6 faiz və s. təşkil etdiyi halda, Azərbaycanda 5 faiz həddindədir”.





Xəbər 413 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR