Bu il sərnişinlər daha çox hansı nəqliyyat vasitəsindən istifadə edib? - STATİSTİKA

Bu il sərnişinlər daha çox hansı nəqliyyat vasitəsindən istifadə edib? - STATİSTİKA

2018-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 188,9 milyon ton yük daşınıb və 2017-ci ilin müvafiq dövrünə nisbətən 1,5 faiz artım müşahidə olunub.


Aktual.az  Trend-ə istinadən xəbər verir ki, yüklərin 3,6 faizi dəniz, 6,1 faizi dəmir yolu, 0,1 faizi hava, 64,7 faizi avtomobil nəqliyyatı, 25,5 faizi isə boru kəməri ilə daşınıb.

2018-ci ilin yanvar-oktyabr aylarında nəqliyyatçılar 1 milyard 634,3 milyon nəfərə və ya 2017-ci ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çox sərnişinə xidmət göstərib.

Qeyd edək ki, sərnişinlərin 88,1 faizi avtomobil nəqliyyatı, 11,6 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin isə 96,0 faizi avtobus, 4,0 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.

 
Aktual.az
Xəbər 401 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR