Bu il Azərbaycanda 450-dən çox insan dəm qazından zəhərlənib – VİDEO

Bu il Azərbaycanda 450-dən çox insan dəm qazından zəhərlənib – VİDEO

Dəm qazından zəhərlənmələr əsasən cavan və orta yaşlı insanlar arasında yaşanır.

Bu barədə Oxu.Az-a Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin və respublikanın baş toksikoloqu Azər Maqsudov məlumat verib.

O, jurnalistlərə açıqlamasında bildirib ki, bu il ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə dəm qazı ilə zəhərlənmə diaqnozu ilə 450-dən çox müraciət olub. 334 xəstə müalicə üçün qəbul olunub. Qəbul olunan xəstələrin 70 faizinin vəziyyəti orta ağır, 15 faizinin vəziyyəti ağır, qalanlarının vəziyyəti isə yüngül olub. Xəstələr arasında ölüm hadisəsi olmayıb. 

O, həmçinin məlumat üçün bildirib ki, 2015-ci il ərzində kəskin dəm qazı ilə zəhərlənmə diaqnozu ilə 402 xəstə qəbul edilib. Bunlardan 70 faizi orta ağır,10 faizi ağır, qalanları isə yüngül dərəcəli olub. Xəstələr arasında bir ölüm hadisəsi olub. 

Respublikanın baş toksikoloqu insanlara dəm qazından zəhərlənmələrin qarşısını almaq və bədbəxt hadisə yaşandığı zaman nə etmələri lazım olduğu haqda məsləhətlər də verib:

"Vətəndaşlar gərək çox ayıq və diqqətli olsunlar. Dəm qazından zəhərlənmə hadisələri çox vaxt hamam otaqlarında və qapalı yerlərdə olur. Bunun qarşısını almaq üçün gərək hamam otağındakı nəfəslik həmişə açıq olsun, ventilyasiyanın düzgün işləməsinə diqqət yetirilsin”. 

Hadisə yaşandıqdan sonra isə ilk ediləcək şey xəstəni açıq havaya çıxararaq ona isti içki verməkdir. Əgər xəstə huşunu itiribsə, mütləq vaxt itirmədən ağız boşluğu təmizlənməlidir və süni nəfəs verilməlidir. 

Hər iki halda tez bir zamanda təcili yardım çağırmaq və xəstəni xəstəxanaya çatdırmaq lazımdır.
 

Aktual.az

Xəbər 528 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR