Bu aydan əlilliyə görə pensiyalar elektron qaydada təyin olunacaq

Bu aydan əlilliyə görə pensiyalar elektron qaydada təyin olunacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ay ərzində əlilliyə görə pensiya təyinatının da elektron sistem üzərindən həyata keçirilməsinə başlamağı planlaşdırır. 

Nazirlikdən Aktual.az-a verilən məlumata görə, bunun üçün müvafiq avtomatlaşdırılmış infrastrukturun hazırlanması işləri artıq yekunlaşmaq üzrədir. 
Yaşa görə pensiya təyinatı kimi, əlilliyə görə pensiya təyinatı da heç bir yerə müraciət olunmadan və sənəd təqdim edilmədən elektron qaydada təyin olunacaq. Əlillik təyin olunan şəxsin pensiya hüququ yarandıqda ona həmin gün ərzində elektron qaydada pensiya təyin edilməklə bu barədə (həmçinin pensiyanın məbləği, bank kartını əldə edəcəyi bank filialı və vaxt barədə) "sms”, e-mail və ya rəsmi məktubla məlumat veriləcək.
Bildirilib ki, nəticədə əliliyə görə pensiya təyinatında da vətəndaş-məmur təması tam aradan qalxacaq. Şəffaf və çevik pensiya təyinatı təmin edilməklə vətəndaş məmnunluğu artacaq.
Xatırladaq ki, pensiya təminatı sistemi 1 milyon 300 min nəfəri əhatə edir ki, onlardan 58,3 faizi yaşa görə, 11,6faizi ailə başçısını itirməyə görə, 30,1 faizi isə əlilliyə görə pensiya alanlardır.
 
Aktual.az
Xəbər 268 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR