Bu avtobusların hərəkət xətti dəyişdi

Bu avtobusların hərəkət xətti dəyişdi

"BakuBus" MMC-dən  bildiriblər ki, paytaxtın 7-ci mikrorayon ərazisində yaşayan sakinlərdən Bakı Nəqliyyat Agentliyinə daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq 3 saylı marşrut avtobuslarının hərəkət xəttində dəyişiklik edilib.

Aktual.az Milli.Az-a istinadən xəbər verir ki, belə ki, "BakuBus" MMC-yə məxsus 3 saylı marşrut xətti üzrə hərəkət edən avtobusların son dayanacağı metronun "Azadlıq prospekti" stansiyasının önü yox, Atatürk prospektindən sonra Şövkət Məmmədova və Abay Kunanbayev küçələri ilə keçməklə metronun "Dərnəgül" stansiyasının önü olacaq.

Qeyd edək ki, 3 saylı marşrut xəttinin hərəkət trayektoriyası dəyişdirildiyindən avtobuslar artıq Cəfər Xəndan və İbrahimpaşa Dadaşov küçələrindən keçməyəcək.

Qeyd edilən dəyişiklik martın 25-dən etibarən icra olunacaq.

Xəbər 487 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR