BTQ istismara verildi

BTQ istismara verildi

Gürcüstanda Axalkalaki stansiyasında Bakı-Tiflis-Qars dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi istismara verilmə mərasimi keçirilir.
Aktual.az APA-ya istinadla xəbər verir ki, tədbirdə Gürcüstanın Baş naziri İrakli Kobaxidze, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu və digər rəsmi şəxslər iştirak edirlər.
Azərbaycanı mərasimdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov təmsil edir.
***
Bakı-Tiflis-Qars dəmir yolu xətti istismara verilib.
Bildirilib ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu istismara verilməni bildirən düyməni sıxıb.
Qeyd edək ki, BTQ dəmir yolu xətti 2017-ci ilin oktyabrın 30-da yük daşımaları üçün test rejimində istismara verilib.
Xəbər 44 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR