Brend mağaza alıcının şikayətini təmin etmədi, sayt hədələndi

Brend mağaza alıcının şikayətini təmin etmədi, sayt hədələndi

Azərbaycan24.az saytına şikayət məktubu daxil olub.

Aktual.az xəbər verir ki, məktubda Bakıda fəaliyyət göstərən brend mağazanın onu aldatdığını, qüsurlu (zədəli) geyimi ona satdıqları qeyd edilib. Redaksiya bu məsələni iki tərəfli öyrənmək qərarına gəlib. İlk olaraq mağazanın meneceri olan bir xanım əməkdaşla əlaqə saxlayaraq bu şikayətə mağazanın hüquqşünası müdaxilə edəcəyini, redaksiya ilə əlaqə saxlayacağını bildirib.

Lakin hər şey tam əksinə baş verib. Səhər saatlarında özünü brand mağazanın hüquqşünası kimi təqdim edən Məhəmməd adlı şəxs redaksiyanın əməkdaşına zəng edərək ona hədə-qorxu gəlib, məlumatın yayılaacağı təqdirdə isə Azerbaycan24.az saytını məhkəməyə verəcəyini bildirib.

Azərbaycan24.az saytı isə brand mağazaya cavabında bu cür reaksiyanın mövcud qanunlara ziddi olduğunu, hədə-qorxu ilə fəaliyyət göstərməyin mümkünsüzlüyünü, Azərbaycanda qanunların işlədiyini diqqətə çatdırıb.

Saytdan daha sonra bildirilib ki,  hətta dövlət başçısı səviyyəsində ictimai nəzarətə cağırışların olduğu bir dövrdə istehlakçi hüquqlarının qorunması media üçün prioritet bir məsələyə çevrilib və redaksiya bunu özünə borc bilib.

Əlavə edilib ki, Azərbaycan24.az qarşı tərəfin də mövqeyini dinləməyə və yayımlamağa hazıdır. Əslində nələr baş verib, nə kimi problemlər yaşanıb – şikayətçinin məktubunu olduğu kimi təqdim edirik:

Mətbuatda, televiziyada, radioda dəfələrlə istehlakçi hüquqlarının pozulması haqqında məlumatlara rast gəlirdim.Və bu pozuntular mənə qəribə gəlirdi. Bu yaxınlarda özüm bele bir halla üzləşdim və əmin oldum ki, həqiqətən də istehlakçılar öz hüquqlarını qoruya bilmir. Təxminən 2 ay bundan əvvəl şəhərin mərkəzində yerləşən məşhur brend mağazalardan – “Scoop Emporium”-dan paltar almaq istədim.Mağazaya daxil olduqdan sonra “Hudson” adlı brendin şalvarı xoşuma gəldi.Şalvar parıldayan materialdan tikilmişdi, lakin şalvarın diz hissəsində balaca bir cızıq var idi. Bu cıziığı gördükdən sonra məndə şalvarın keyfiyyəti barədə şübhə yarandı ve satıcıdan əlavə məlumat almaq istədim.Satıcı dəfələrlə bu şalvarla bağlı heç bir problemin olmadığını, çoxlu sayda satıldığını və şalvarın yüksək keyfiyyətdə olduğunu əminliklə dedi. Şalvari aldım ve 1 dəfə geyindikdən sonra şalvarın bir hissəsinin rengi getdi.Seherisi gun shalvari “Scoop Emporiuma” apardim,saticiya ve administratora iradimi bildirdim.Onlar shalvardaki qusuru gorub iradimla razilashdilar ve bildirdilerki “Hudson” adli brende email vasitesile qusurla bagli iradlari bildireceyler,firmanin fikrini 2 hefte erzinde mene chatdiracaqlar.Belelikle shalvari magazinda saxladilar ve men cavabi gozlemeye bashladim.Deyilen vaxtdan 1 ay kechennen sonra hech bir zengin gelmediyini gorub ozum zeng etmek qerarina geldim. Defelerle magazine zeng etmeyime baxmayaraq hele brendden cavab gelmediyini dediler.Sonuncu zengimde ise brendin shikayetimi redd elediyini dediler.Uzun sozun qisasi 2 aya yaxin olan muracietlerim neticesiz qaldi.Shalvari qaytarib dedilerki ged ne isteyirsen ele.Birdaha shahid oldumki istehlakchilarin huquqlarina hormetle yanashilmir ve istehlakchi oz huququnu berpa etmek uchun uzun,luzumsuz mehkeme arashdirmalarina getmelidir.

Xəbər 823 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR