BP şirkətinin gəlirləri kəskin azaldı

BP şirkətinin gəlirləri kəskin azaldı

Böyük Britaniyanın BP şirkətinin 2015-ci ildə gəliri 5,9 mlrd. dollar təşkil edib ki, bu da 2014-cü ilə (12,1 mlrd. dollar) nisbətən 51% azdır.

Aktual.az Report-a istinadən xəbər verir ki, bu, BP şirkətinin ötən ilin yekunları ilə bağlı məlumatında qeyd olunub.

Ötən ilin sonuncu rübündə isə bu göstərici 196 mln. dollar təşkil edib ki, bu da 2014-cü ilin sonuncu rübündən (2,2 mlrd. dollar) 91% azdır.

Məlumatda qeyd olunub ki, 2016-cı ildə şirkətin 4 min, 2017-ci ilin sonuna kimi isə 3 minə qədər əməkdaşının ixtisar olunacağı gözlənilir.

Xəbər 385 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR