BP-nin baş icraçı direktoru Meq O’Nilin və şirkətin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrelin Azərbaycana planlaşdırılmış ikigünlük işgüzar səfərləri çərçivəsində iki sənəd imzalanıb.
Şirkətdən
Aktual.az-a verilən məlumata görə, görüş çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov və Meq O’Nilin iştirakı ilə iki Anlaşma Memorandumu imzalanıb:
- İqtisadiyyat Nazirliyi ilə BP arasında hazırda Nazirliyin rəhbərliyi altında yaradılmaqda olan yüksək məhsuldarlıqlı hesablama (HPC) infrastrukturu ilə bağlı əməkdaşlığa dair Anlaşma Memorandumu;
- SOCAR ilə BP arasında enerji sahəsində uzunmüddətli əməkdaşlığın təşviqi, daha da möhkəmləndirilməsi və genişləndirilməsinə dair Anlaşma Memorandumu.
Xəbər 53 dəfə oxunub.