Bornovada Xocalı abidəsi ziyarət edildi - Fotolar

Bornovada Xocalı abidəsi ziyarət edildi - Fotolar

Bornovada Xocalı abidəsi ziyarət edildi,millət vəkilləri Xocalı soyqırımı ilə bağlı konfrans verib İzmirin bütün bələdiyyələrinə çağırış etdilər.


Azərbaycan Diaspor Komitəsinin sədr müavini Valeh Hacıyev, Baş Konsul Məsim Hacıyev, millət vəkilləri Q. Paşayeva və Aydın Hüseynov İzmirdə Bornova bələdiyyə başkanı Olqun Atilla ilə görüşüb, Bornovada Xocalı soyqırımı abidəsinə görə ona və İzmirdə fəaliyyət göstərənİzmir Azerbaycan Kültür ve Dayanışma derneyibaşkanıMülazım Paşaya təşəkkürlərini bildiriblər. İzmirdə fəaliyyət göstərən bir sıra dərnək və cəmiyyətlərin başkanları İsa Ambarcı, Mülazzım Paşa,Gürsel Özdemir, Asif Kurban, İzmirdə yaşayan azərbaycanlılar, jurnalistlərin, İSTAD başqanı Səfər Karakoyunlu, Xocalıdan olan Aqil Məmmədovun və yerli ictimaiyyətin iştirakı ilə Bornovadakı Xocalı abidəsi ziyarət olunub, şəhidlərimizin ruhuna dualar oxunub. Sonra Bornovadaİzmir Azərbaycan Kültür və Dayanışma Dərnəyinintəşkilatçılığı, Bornova bələdiyyəsinin dəstəyi ilə Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib.İzmir Azərbaycan Kültür və Dayanışma Dərnəyininrəhbəri Mülazım Paşa,İğdır Azerbaycanlıları mədəniyyət mərkəzinin başqanıGürsel Özdemir, Bornova bələdiyyə başkanı Olqun Atillanın, Xocalı soyqırımı şahidi Aqil Məmmədovun açılış çıxışlarından sonra millət vəkilləri Qənirə Paşayeva və Aydın Hüseynov Xocalı soyqırımı ilə bağlı geniş məruzə ilə çıxış ediblər və iştirakçılaın suallarını cavablandırıblar. Millət vəkilləri gələn il İzmirin Gaziemir bələdiyyəsində də Xocalı soyqırımı abidəsinin qoyulacağını xüsusi vurğulayaraq Gaziemir bələdiyyə başkanına və bu işin təşəbbüskarlarıİğdır Azərbaycanlıları mədəniyyət mərkəzinin rəhbəriGürsel Özdemirə də təşəkkürünü bildirərək İzmirin bütün bələdiyyələrinin bu bələddiyyələrin bu istiqamətdə çalışmalarından örnək alaraq Qarabağ parkı və Xocalı soyqırımı abidələrini açmağa çağırıblar.Tədbirin sonunda təşkilatçılar tərəfindən iştirakçılara plaketlər təqdim olunub

https://www.youtube.com/watch?v=9eZldXa7Wc4

 










Xəbər 551 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR