BMT Avropadakı rekord istilərin səbəbini açıqlayıb

BMT Avropadakı rekord istilərin səbəbini açıqlayıb

Avropada müşahidə olunan anomal istilərin əsas səbəbi fosil yanacaqlardan geniş istifadədir.
Aktual.az-ın verdiyi xəbərə görə, bunu Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil bildirib.
Onun sözlərinə görə, əsas problem neft, qaz və digər fosil yanacaqların yandırılması, həmçinin meşələrin qırılması ilə bağlıdır.
Stil qeyd edib ki, hazırkı istilər iqlim böhranının nəticələrinin ciddi xəbərdarlığıdır.
Hazırda Fransanın bir çox bölgəsində temperatur 30-35 dərəcəyə çatır, bəzi ərazilərdə isə 39 dərəcə isti gözlənilir.
İspaniyada da 30 dərəcədən yüksək istilər qeydə alınıb, bəzi yerlərdə hava 37 dərəcəyədək isinib.
Portuqaliyanın böyük hissəsində "sarı" təhlükə səviyyəsi elan olunub. Proqnozlara görə, temperatur 38 dərəcəyə çata bilər.
Böyük Britaniyada isə may ayı üçün rekord temperatur qeydə alınıb - 35.1 dərəcə. Bundan əvvəl Londonda may ayı üzrə ən yüksək göstərici 1922-ci ildə qeydə alınan 32.8 dərəcə idi.
Xəbər 41 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR