Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq

Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq

Rusiya Ukraynadakı xüsusi hərbi əməliyyatla bağlı qarşıya qoyduğu məqsədlərə nail olacaq.

Aktual.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının VIII çağırış deputatları ilə görüşdə çıxışı zamanı bildirib.

"Rusiya xüsusi hərbi əməliyyat zamanı qarşıya qoyduğu məqsədlərə çatacaq. Əməliyyat iştirakçılarını bütün Rusiya xalqı, bütün cəmiyyət dəstəkləyir", – deyə Putin vurğulayıb.

Rusiya Prezidenti bildirib ki, ölkəsi hazırda yeni dünya nizamının formalaşdığı bir dövrdə fəaliyyət göstərir və bu gün Rusiyanın taleyi təhlükə altındadır.

Putinin sözlərinə görə, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların sayı rekord həddə çatıb, lakin bu məhdudiyyətlər həm səmərəsizdir, həm də onları təşəbbüs edən ölkələrin özlərinə ziyan vurur.

Rusiya Prezidenti əlavə edib ki, ölkəsi ona qarşı atılan bütün düşmən addımlarına cavab vermək iqtidarındadır.
Xəbər 48 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR