“Bizə təşəkkür etmək əvəzinə qara yaxırlar”

“Bizə təşəkkür etmək əvəzinə qara yaxırlar”

"Hazırda beynəlxalq münasibətlərdə böhran yaşanır. Azərbaycan nə qədər səmimiyyət göstərirsə, o qədər də bəzi dövlətlər və beynəlxalq təşkilatlar üstümüzə gəlirlər".

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə I Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyasını şərh edərkən parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.

Z.Əsgərov bildirib ki, I Avropa Oyunları ilə bağlı bir sıra dövlətlər və QHT-lər qarayaxma kampaniyasına qoşulublar: "Biz hələ bir neçə il əvvəl "Avroviziya" mahnı müsabiqəsini keçirəndə qarayaxma kampaniyasının şahidi olmuşuq. Təəssüf ki, qarayaxma kampaniyasına qoşulanlar Azərbaycanı gözdən salmaq istəyirlər. Əslində, I Avropa Oyunlarının keçirilməsi məsuliyyətini üzərimizə götürdüyümüzə görə, bizə təşəkkür etməlidirlər. Ancaq biz bunun tamam əksini görürük. Bunlar hamısı əbəsdir".

Xəbər 975 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR