"Biz Allah deyilik..." -İlhaməni topa tutdular


Müğənni Nadir Qafarzadə sosial şəbəkədə Xalq artisti İlhamə Quliyevanın müdafiəsinə qalxıb.
Müğənni belə yazıb:

“Azərbaycan mədəniyyətində və incəsənətində öz dəsti-xətti olan, ölkənin xalq aristi, “Şöhrət” və “Şərəf” ordenli böyük sənətkar İlhamə Quliyeva... Siz dahisiniz, mənim sənətkarım. Sizin sənətinizi görüb, həzm etməyənlər mədəniyyətdən kənar adamlardır. İllərin sənətkarı... Vaxt gələcək sizin nə böyüklükdə sənətkar olmağınızı bir daha anlayacaqlar. “Sağlığında qiymət verin insanlara” – Cabir Novruz.

Artıq-əskik şərh yazanı “qara siyahı”ya atacam. Mənim səhifəmdə paylaşılan hər kəsin şəklinə hörmətlə yanaşın. Kimin nəsə xoşuna gəlmirsə, səhifəmi tərk edə bilər. Hər kəs İlhamə Quliyeva ola bilməz. Elə sənətkarlar var ki, onlar əvəzolunmazdır. Guya hamı mələkdi, idealdır və səhvsizdir? Hər kəs etdiyi savab və günaha görə özü cavab verəcək. Biz Allah deyilik. Allahlıq iddiasına düşmək fikriniz olmasın”.

// Aktual.az

Xəbər 5553 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR