Birlikdə olanda daha güclüyük

Birlikdə olanda daha güclüyük

Prezident İlham Əliyevin  rəhbərliyi altında atılan irimiqyaslı addımlar,  xüsusilə  son illər bütün sahələri əhatə edən islahatlar  Azərbaycanı  yeni inkişaf mərhələsinə çıxarıb. Bu islahatlar əhalinin həyat  səviyyəsinin daha da yüksəldilməsi ilə yanaşı, ölkəmizin beynəlxalq aləmdə mövqeyinin möhkəmləndiriməsində də mühüm  rol oynayıb.  İslahatlar  nəticəsində dövlət idarəçiliyində daha çevik, daha yığcam və  məqsədyönlü üsullar yarandı.  Etiraf edək ki,  idarəetmə strukturları  artıq  köhnəlmişdi. Ona görə də müasir inkişafla ayaqlaşan idarəçiliyə  zərurət yaranmışdı. Bu baxımdan , struktur və kadr islahatlarının aparılması prioritet  vəzifə kimi qarşıya qoyuldu.
Ölkənin idarəetmə sistemində aprılan islahatlar  həmrəylik və birliyin möhkəmləndirilməsində də özünü büruzə verdi.  Bunun da nəticəsində Azərbaycanın ictimai-siyasi gündəminə, dövlətçilik təfəkkürünə və siyasi mədəniyyətə yeni – "Biz birikdə güclüyük!”  müasir ideoloji modeli daxil oldu.  Cənab Prezidenti  İlham Əliyev tərəfindən səsləndirilən bu şüar  konseptual milli həmrəyliyə  və  birliyə çağırış  kimi qəbul olundu. Dünyanın başı üzərini koronavirus pandemiyasının aldığı bir vaxtda dövlət başçısnın  düşünülmüş tədbirlərinin həyata keçirilməsi üçün  həmrəylik və birliyə  ciddi  zərurət yaranırdı. Ölkə Prezidenti  Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrikində də siyasi dialoqun vacibliyini diqqətə çatdırdı.  Cənab Prezident  siyasi dialoqun  nəticələrinin  xalqımızın və ölkəmizin gələcək inkişafı üçün müsbət olacağını bildirdi.
Birlik və həmrəylik parlamentdə aparılan islahatlarda da özünü açıq şəkildə biruzə verdi. Yeni formalaşan parlamentdə Milli Məclis Sədrinin müavinlərindən birinin müxalifət partiyasının, digərinin isə bitərəflərin nümayəndəsinin olması da bunu təsdiqləyir. Bundan əlavə, komitə sədrlərinin müavinləri arasında da müxalifər partiyasının təmsilşilərinin olması dövlət başçısının "Biz birikdə güclüyük!” çağırışının təsdiqidir. Hesab edirəm ki, gələcəkdə dövlət iadərçiliyində, icra hakimiyyəti orqanlarında  da konstruktiv müxalifət partiyasının və bitərəflərin  təmsilçilərinin olması vacibdir.    
Dünyanın inkişaf etmiş  qüdrətli dövlətləri koronavirus kabusu qarşısında aciz qalaraq böyük itkilər, xüsusilə insan tələfatı  ilə üzləşsələr də, ölkəmiz bu pandemiyadan ciddi əziyyət çəkmədi. Ölkə başçısının düşünülmüş strategiyası və insanların sağlamlığının qournmasına verdiyi yüksək dəyər  koronavirusun ciddi fəsadlar törətməsinin qarşısını aldı. Hətta  Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizəyə verdiyi qlobal töhfəni yüksək qiymətləndirib. O deyib ki, Azərbaycan qlobal səviyyədə bu mübarizəyə 5 milyon ABŞ dolları vəsait ayırıb.  ÜST –ün Baş direktoru  Azərbaycan Prezidentinin bu mübarizədə milli, regional və qlobal səviyyədə  güclü səylər gördüyünü bildirib və Prezident İlham Əliyevə təşəkkür edib.
Təəssüf ki, dövlətimizə düşmən kəsilmiş "5-ci kolon”un nümayəndələri bu koronavirus pandemiyası dövründə də öz çirkin əməllərindən əl çəkmirlər. Bu düşərgədə cəmləşən insanlar uzun illərdir Azərbaycan iqtidarına qarşı yox, dövlətimizə, xalqımıza qarşı çirkin mübarizə aparırlar.  Onlar siyasi dialoq çağırışına qoşulmaq üçün ağılagəlməz şətlər irəli sürürlər. Bununla da  əsas məqsədlərinin  koronavirus pandemiyasından istifadə edərək vəziyyəti gərginləşdirməkdən ibarət olduğunu bir daha nümayiş etdirirlər. 
Təbii ki,  əksər siyasi partiyaların  həmrəylik və birlik çağırışını səmimi qəbul etmələri ölkəsinə qənim kəsilmiş  üzdəniraq müxalifətin  xəbis niyyətinin  yerinə yetməsinə imkan verməyəcək. Azərbaycanın yeni siyasi konfiqurasiyasında marginal qruplaşmaya yer yoxdur.  Xalq öz Prezidentinə inanır və güvənir. Bunu  hər gün dövlət başçısına ünvanlanmış minlərlə minnətdarlıq məktubları da təsdiqləyir. Həmin məktublarda  ölkə Prezidentinin  qətiyyətinə, tələbkarlığına, siyasi uzaqgörənliyinə, humanizminə, xeyirxahlığına, qayğısına və şəfqətinə heyran qaldıqlarını dilə gətirir, öz rəhbərləri ilə fəxr və qurur hissi keçirdiklərini vurğulayırlar.

Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru
Xəbər 604 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR