Bir neçə idarə rəisi işdən çıxarıldı

Bir neçə idarə rəisi işdən çıxarıldı

Bakı şəhər Baytarlıq İdarəsinin rəisləri işdə verdiyi ciddi nöqsana görə işdən azad edilib.

Aktual.az lent.az-a istinadən bildirir ki, bu barədə bu gün Kənd Təəsüfatı Nazirliyinin kollegiya iclasında məlumat verilib.

Kollegiyanın qərarına əsasən, işdə ciddi nöqsanlara yol verdiyinə görə 4 rayon və Bakı şəhər Baytarlıq İdarəsinin rəisləri, həmçinin Dəmir Yolunda Baytarlıq Nəzarəti İdarəsinin rəisi işdən azad edilib, 2 Rayon Baytarlıq İdarəsinin rəisləri yaş həddinə görə təqaüdə göndərilib, 1 rayon və 1 şəhər baytarlıq idarəsinin rəisləri ilə səhhətlərində yaranmış problemlərlə əlaqədar üzərlərinə düşən vəzifələri icra edə bilmədiklərinə görə onlarla bağlanmış əmək müqaviləsinə xitam verilib. 4 rayon, həmçinin Gəncə və Mingəçevir şəhər Baytarlıq İdarələrinin rəislərinə şiddətli töhmət, 3 rayon baytarlıq idarəsinin rəisinə töhmət elan edilib.

Xəbər 663 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR