Bina çökdü - Onlarla insan dağıntılar altında qaldı

Bina çökdü   - Onlarla insan dağıntılar altında qaldı

Keniyanın paytaxtı Nayrobidə 6 mərtəbəli binanın çökməsi nəticəsində 7 nəfər ölüb, onlarla insanın taleyindən xəbər yoxdur.


Aktual.az atv.az-a istinadən bildirir ki, güclü leysanın səbəb olduğu çökmə nəticəsində xeyli sayda insan dağıntılar altında qalıb. Əraziyə cəlb olunan xilasedicilər azı 121 nəfəri xilas edə bilib. Dağılan evlərin sağ qalan sakinləri yaxınlıqdakı kənddə müvəqqəti sığınacağa yerləşdiriliblər. Hadisənin baş verdiyi Haruma rayonunda yollar olduqca ensiz və əlverişsiz olduğundan xilasetmə prosesi də istənilən səviyyədə gerçəkləşmir.

Çökən binanın inşaatında istifadə olunan məhsulların standartlara cavab vermədiyi məlum olub. Ümumiyyətlə, bu ölkədə aparılan araşdırmalara görə Keniyadakı binaların 50 faizindən çoxunda yaşamaq təhlükəlidir. Güclü leysandan sonra müşahidə olunan sel və torpaq sürüşmələri çökən bina ilə yanaşı daha bir neçə evi dağıdıb. Tələfat göstəricisinin 14-ə yüksəldiyi bildirilir.

Xəbər 474 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR