Bəzi müəssisələrlə bağlı TƏKLİF

Bəzi müəssisələrlə bağlı TƏKLİF

"Gəncədə xalçaçılıq kombinatı və toxuculuq fabrikinin fəaliyyətini bərpa etmək lazımdır".

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisdə 2017-ci il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Musa Quliyev deyib.

Onun sözlərinə görə bu, ölkədə yüngül sənayənin inkişafı baxımından çox vacibdir.

Millət vəkili deyib: "Əvvəl xalçaçılıq kombinatında 2,5 milyon kvadratmetr xalça istehsal olunurdu. İndi isə müəssisənin fəaliyyəti dayanıb, biz isə Çin və Dubaydan xalça idxal edirik".

O, həmçinin bu müəssisələrin fəaliyyətinin bərpa edilməsinin 3 minədək yeni iş yeri yaradılmasına səbəb olacağını deyib.
 

Aktual.az

Xəbər 383 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR