Bəzi hərbi vəzifəlilərin qeydiyyata alındığı orqan dəyişdirildi

Bəzi hərbi vəzifəlilərin qeydiyyata alındığı orqan dəyişdirildi

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətindən (XKX) ehtiyata keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyata alındığı orqan dəyişdirilib.

Trend-in məlumatına görə, bununla bağlı Nazirlər Kabinetinin "Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”na dəyişikliklər edilib.
Qaydanın indiyədək olan variantına görə, "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən, bütün çağırışçılar və hərbi vəzifəlilər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli idarə, şöbə və bölmələrində hərbi qeydiyyatda durmalı idilər.
Yeni dəyişikliyə görə isə SHXÇDX bəzi hərbi vəzifəliləri qeydiyyata almayacaq.
Belə ki, SHXÇDX DTX-dan və XKX-dan ehtiyata keçirilmiş hərbi vəzifəliləri istisna olmaqla, bütün çağırışçılar və hərbi vəzifəlilərin qeydiyyatını aparacaq.
DTX-dan və XKX-dan ehtiyata keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı həmin orqanlar tərəfindən aparılacaq.
Xəbər 242 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR