Bəzi ərazilərdə qaz təchizatı məhdudlaşdırıldı

Bəzi ərazilərdə qaz təchizatı məhdudlaşdırıldı

Bu gün Astara magistral qaz kəmərləri sahəsində təmir işləri aparılır.

SOCAR-dan Aktual.az-a  verilən məlumata görə, bu gün saat 10:00-dan 17:00-dək "Astara-Qazıməmməd” magistral qaz kəmərinin "Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin xidməti ərazisində olan hissəsində yaranmış qaz sızmasının ləğvi ilə əlaqədar "Şahağacı” qazpaylama stansiyasında qaz təminatı dayandırılaraq təmir işləri aparılacaq.

Təmir müddətində Astara rayonunun Kakalos, Pensər, Şahağacı, Siyəkül, Maşğan, Təngərüd və Şiyəkəran kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
 
Aktual.az
Xəbər 302 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR