"Bəzək əşyaları kişi üçün yaradılmayıb"


Müğənni İzzət Bağırzadə “Hər şey daxil” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, sənətçi kişilərin baxımlılığından bəhs edib:

“Bəzək əşyaları, makiyaj qadın üçün yaranıb. Bunu kişi etməməlidir. Kişi sadəcə, səliqəli və təmizkar olmalıdır. Ayaqqabısı, dırnağı, köynəyinin boynu təmiz görünməlidir. Düzgün geyinməlisən. Bəzək-düzək qadına məxsusdur. Hələ Məhəmməd peyğəmbərin vaxtına nəzər salsaq görərik ki, xanımlarımız gözlərinə sürmə də çəkib, xına ilə bəzəklər də edib. Ona görə də qadının makiyaj etməsinə pis baxılmamalıdır. Amma bunu da sadə formada etmək lazımdır".

// Aktual.az

Xəbər 1400 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR