Bəşər Əsəd sülh bağlamaq istəyir

Bəşər Əsəd sülh bağlamaq istəyir
  • DÜNYA

Prezident Bəşər Əsəd Suriyadakı münaqişənin nizamlanması üzrə danışıqların Praqada aparılmasının tərəfdarıdır.

Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Suriyanın dövlət başçısı Çexiya televiziyasına müsahibəsində bəyan edib

"Çexiya özünün düşünülmüş mövqeyi ilə fərqlənir. Misal üçün, sülh konfransı Fransada baş tuta bilməz. Bu ölkə terrorizmi və müharibəni dəstəkləyir. Praqaya dair təklif bütün tərəflərin ürəyincə oldu", - deyə B.Əsəd bildirib.

Suriya prezidenti Çexiyanın paytaxtında sülh sazişinin bağlanma imkanlarını təsdiqləyib: "Bu tam realdır. Bunun gerçəkləşməsini həm hökumət, həm də müxalifət istəyir".

B.Əsədin sözlərinə görə, münaqişənin nizamlanmasının əsas şərti terrorizm üzərində qələbədir: "Məhz bunun nəticəsində səmərəli siyasi dialoq və ölkədə vəziyyətin normallaşması mümkündür".

Xəbər 246 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR