Berlin faciəsində ölənlər arasında azərbaycanlı varmı? - XİN-dən açıqlama

Berlin faciəsində ölənlər arasında azərbaycanlı varmı? - XİN-dən açıqlama

Berlindəki bədbəxt hadisə nəticəsində ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib ki, bu barədə məlumat Azərbaycan səfirliyinə Almaniyanın hüquq-mühafizə orqanlarından daxil olub.

Xatırladaq ki, ötən gün Berlində Milad yarmarkasında Pakistan əsilli Nəvid B. yük maşınını yüksək sürətlə insanların üzərinə sürüb. Hadisə nəticəsində 12 nəfər həlak olub, 50-yə yaxın adam yaralanıb.
 
Aktual.az
Xəbər 427 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR