Belçikada anomal istilərlə əlaqədar iş saatı azaldıldı

Belçikada anomal istilərlə əlaqədar iş saatı azaldıldı

 Belçikada anomal istilərlə əlaqədar bəzi müəssisələr və dövlət orqanlarında gündəlik iş saatı azaldılıb, su istehlakına məhdudiyyət tətbiq edilib.

"Report” TASS-a istinadən xəbər verir ki, belə hava şəraitinin iki həftə davam edəcəyi proqnozlaşdırılır.
Brüssel Kral Meteorologiya İnstitutundan bildirilib ki, iyulun sonunadək Belçikada illik istiliyin ən yüksək həddə olacağı gözlənilir. Ölkənin bəzi rayonlarında temperatur 40 dərəcəyə yüksələcək.
Belçikanın flamanlar yaşayan ərazisində borularla axan suya qənaət olunması ilə bağlı xəbərdarlıq edilib. Əkin sahələrinin, bağların sulanması və hovuzların su ilə doldurlması qadağan olunub.
 
Aktual.az
Xəbər 230 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR