Belarusda 2016-cı ilin ilk edam hökmü

Belarusda 2016-cı ilin ilk edam hökmü
  • DÜNYA

Belarusda 2016-cı ildə ilk ölüm hökmü cəzası verilib.

Aktual.az  oxu.az-a istinadən xəbər verir ki, ən yüsək cəzaya birgə yaşadığı qadını xüsusi amansızlıqla öldürən kişi məhkum edilib.

Vileyki sakini barəsində ölüm hökmünü Minsk vilayət məhkəməsi çıxarıb. 

Kişi əvvəllər ölümlə nəticələnmiş ağır bədən xəsarətləri yetirmək cəzası ilə həbsdə olub. Qeyd olunur ki, o, hələ SSRİ dövründə qətl törətdiyi üçün güllələnməyə məhkum olunmuşdu, lakin qərardan şikayət verilmiş, kişi azadlığa çıxmışdı.

Hazırkı qərar hələ qüvvəyə minməyib və şikayət oluna bilər.

Belarus Avropada ölüm cəzasının verildiyi yeganə ölkədir.  oxu.az

Aktual.az

Xəbər 284 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR