Bəhreyn İranla hava əlaqəsini dayandırdı

Bəhreyn İranla hava əlaqəsini dayandırdı
  • DÜNYA

Bəhreyn İranla hava əlaqəsini dayandırdığını elan edib. 

Aktual.az APA-ya istinadən xəbər verir ki, bu barədə Bəhreyn televiziyası məlumat yayıb.

Qeyd edək ki, yanvarın 4-də Bəhreyn İranla diplomatik əlaqələri kəsib.

Bundan öncə Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsdiyini bəyan edib. Tehranla Ər-Riyad arasındakı münasibətlərin gərginləşməsinə səbəb şiə din xadimi, vaiz Nimr ən-Nimrin Səudiyyə Ərəbistanında edam edilməsi olub.

Onu da əlavə edək ki, Bəhreyn İranla diplomatik əlaqələri kəsdiyini bəyan etdikdən sonra Birləşmiş Ərəb Əmirlikləri Tehranla diplomatik təmsilçilik səviyyəsini aşağı saldığını açıqlayıb. 

Aktual.az

Xəbər 237 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR