Başqırdıstanın Baş naziri istefa verdi

Başqırdıstanın Baş naziri istefa verdi
  • DÜNYA

Başqırdıstan Respublikasının Baş naziri Rüstəm Həbiboviç Mardanov istefa verib.

"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Baş nazir səlahiyyətlərini icra edən Radi Xabirov hökumətin regional əməliyyat müşavirəsində bildirib.
"Rüstəm Həbiboviç başqa işə keçib. Mən onu dilə tutdum, ancaq onun Rusiya Mərkəzi Bankı sistemində işləməsi də respublikamız üçün vacibdir”, - R.Xabirov vurğulayıb.
O, bir müddət əvvəl Baş nazir müavinlərinin hamısının istefasını qəbul edib.
Rüstəm Mardanov 1964-cü ildə Başqırdıstanda anadan olub. Ufa Dövlət Aviasiya İstitutunu bitirib. İxtisasca iqtitisadçıdır. 2015-ci ildə Başqırdıstan Baş nazirinin müavini, 2015-2018-ci illərdə isə Baş nazir vəzifəsində işləyib. 
 
Aktual.az
Xəbər 298 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR