Baş konsul: "Batumidə yanğında xəsarət alanlar arasında azərbaycanlılar yoxdur"

Baş konsul:

"Batumidə "Leogrand" mehmanxanasında baş vermiş yanğın nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur.

Aktual.az xəbər verir ki, bunu Trend-ə Azərbaycanının Batumidəki baş konsulu Rəşad İsmayılovdeyib.
Konsul hazırda konsulluq əməkdaşları ilə birgə hadisə yerində olduqlarını deyib: "Yanğın nəticəsində xəsarət alanların şəxsiyyətinin müəyyənləşdirilməsi başa çatıb. Acarıstan Səhiyyə Nazirliyinin məlumatlarına əsasən deyə bilərəm ki, bu anadək xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur. Bununla belə, biz xəstəxanalarla ünsiyyəti davam etdiririk və məlumatları dəqiqləşdiririk".
Qeyd edək ki, ötən gün Batumi şəhərində "Leoqrand" mehmanxanasında yanğın baş verib.

Hadisə nəticəsində 11 nəfər həlak olub, 21 nəfər isə yaralanıb.
 
Aktual.az
Xəbər 252 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR