Barak Obama İraq baş nazirinə zəng edib

Barak Obama  İraq baş nazirinə zəng edib
  • DÜNYA

ABŞ prezidenti Barak Obama ilə İraqın baş naziri Heydər əl-Abadi arasında telefon danışığı olub.

Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Ağ evin açıqlamasında bildirilir.

Tərəflər İŞİD və digər terror qruplaşmaları ilə mübarizə məsələlərini müzakirə ediblər.

"Prezident Obama zəng edərək İraq ordusunun ər-Ramadi şəhərində əldə etdiyi uğurlara görə baş naziri təbrik edib. Bildirib ki, ABŞ bundan sonra da İraqı İŞİD-lə mübarizədə davamlı şəkildə dəstəkləyəcək", - məlumatda deyilir.

Obama həmçinin Türkiyə hərbçilərinin İraqdan çıxarılmasının zəruri olduğunu bildirib.

Xəbər 215 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR